Ərəblər amerikalılara 400 milyon xərclədilər
19:43 / 01.05.2018
11509
Dünya Reslinq Fedarasiyası World Wrestling Entertainment (WWE) ilk dəfə olaraq Səudiyyə Ərəbistanında yarış keçirib.
Sfera.az xəbər verir ki, "Royal Rumble” yəni "Kral döyüşü” adlı yarış 27 apreldə baş tutub.
Amerikalılar dünyanın ən qapalı ölkələrindən birinin tamaşaçıları qaşısında çıxış ediblər.
Yarışa ancaq kişilər yollanıb. Bəlkə də başqa ərəb ölkəsində qadın güləşçilərə qapalı geyimdə çıxış etməyə razılıq verərdilər. Ancaq Səudiyyə Ərəbistanında bu mümkün deyil.
Ancaq yarış keçirilən salonda reslinq reklamlarından birində təsadüfən yaqur geyimli qadın nəzərə çarpıb. O Reklamın yayını o saat dayandırılıb və qadın əndamının görüntüsünə görə tamaçaçılardan üzr istənilib.
Bununla belə yarışı izləməyə qadın və uşaqlar da buraxılıb. Yerli media bunu gender bərabərliyinə nümunə göstərib.
Ümumiyyətlə bu ölkə qadınlar üçün münbit sayılmır.
Avtomobil idarə etməyə ölkədə az əvvəl icazə verilib. 2008-ci ilə kimi idman yarışlarında ümumiyyətlə heç bir qadın olmayıb.
2015-ci ildə stadiona kişi geyimində gəlib futbola baxan qadın həbs edilmişdi.
Odur ki, qadın güləşçilər bura gətirilməyib.
Azadlıqsevər amerikalılar prinsiplərə tüpürərək şeyxlərin qarşısında bir-birilərini yaxşıca çırpıblar. Niyə də yox- deyilənə görə ərəblər şouya 400 milyonadək pul xərcləyiblər. Pul prinsiplərdən üstündür.
İlqar