Ərəbistan Qətəri İrana qarşı formalaşan koalisiyanın... - ŞƏRH

Ərəbistan Qətəri İrana qarşı formalaşan koalisiyanın... - ŞƏRH
Səudiyyə Ərəbistanı başda olmaqla, bəzi ərəb ölkələrinin Qətərə qarşı açdığı "cəbhə”nin uzunmüddətli olmayacağı bildirilir. Türkiyə mediasında bu mövzuya dair təqdim edilən təhlillərdə Qətər böhranının dərinləşməsindən ən çox Səudiyyə Ərəbistanının zərər çəkəcəyi vurğulanır. 

Sfera.az-a danışarkən açıqlamasında analitik Vüqar Zifəroğlu deyib ki, münaqişənin dərinləşməsi və uzanmasında tərəflərin hər ikisi ziyan çəkəcək. 
 


Onun sözlərinə görə, burada yalnız Səudiyyə Ərəbistanını qabartmaq düz olmazdı:
"Sadəcə olaraq, rəsmi ər-Riyad ərəb ölkələri arasında baş verən bu qütbləşmənin aradan qalxmasında daha çox maraqlı tərəf kimi görünür. Bu yalnız Səudiyyənin ərəb ölkələri arasında liderlik funksiyasını üstələmək iddiası ilə bağlı deyil, həm də son illərdə mövqelərini möhkəmlədə bilmiş İran amili ilə də əlaqədardır. Xatırlayırsınızsa, münaqişə yeni yaşananda da verdiyimiz təhlildə qeyd etmişdik ki, gərginlik aktiv hərbi qarşıdurma səviyyəsinə çatmayacaq. Burada diqqət çəkən məqam odur ki, İranla birlikdə dünyanın ən böyük təbii qaz qaynaqlarına sahib olan, 15 milyard təsdiqlənmiş neft ehtiyatı olan Qətər, geosiyasi durumu səbəbi ilə İranla birlikdə hərəkət etdiyində Körfəz dəngələrinə ciddi təsir edə biləcək gücə çevrilir. Bu səbəbdən Səudiyyə Ərəbistanı Qətəri İrana qarşı formalaşan koalisiyanın içinə zorla da olsa çəkmək məcburiyyətindədir, bunu edə bilmədikdə isə təsir imkanlarını minimuma endirməklə təcrid etməyə çalışacağı artıq indidən aydındır".
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR