Ərəb qızları ölkəni niyə tərk edir?

Ərəb qızları ölkəni niyə tərk edir?
Səudiyyə Ərəbistanında qadınlar evlərində gördükləri sosial təzyiqlərə görə ölkəni tərk edirlər.
 
Bu barədə "Masr əl-Ərəbiyyə" saytı məlumat yayıb. Məlumata görə, Səudiyyə Ərəbistanında ailələrində məruz qaldığı zorakılığa görə ölkəni tərk edən qadınların sayı artmaqdadır.  
 
Xəbər saytında bildirilir ki, televiziya proqramında çıxış edən səudiyyəli jurnalist Daud əl-Şiriyan Londona qaçan iki qadınla bu məsələni müzakirə edib.   Adı dəyişdirilmiş olan Reery adlı qız səkkiz yaşından qardaşı tərəfindən təcavüzə məruz qaldığını bildirib.    
 
Verilişdə səudiyyəli qızları qaçmağa məcbur edən səbəb kimi sosial müdafiə sisteminin zəif olması göstərilib. 


OXŞAR XƏBƏRLƏR