Ərəb qadınlara jest
12:35 / 08.01.2019
2601
İndi onlar stüardessa da işləyə biləcəklər
Səudiyyə Ərəbistanında qadınlara daha bir jest. İndi onlar hətta təyyarədə stüardessa da işləyə biləcəklər. İlk qadın stüardessalar yanvar ayından büdcəli tariflər üzrə uçuş həyata keçirən "Flynas"ın göyərtəsində işə başlayacaqlar.
Artıq ilk qrup hazırlıq mərhələsini başa çatdırıb. İki il ərzində "Flynas" Səudiyyəli qadınlar arasından 300 stüardessa hazırlamağı hədəfləyib.
Aviaşirkətin məlumatına görə, qadın işçilərin geyimləri də ölkənin qaydalarına uyğun olacaq.
Bu posta iddialı olanlar orta təhsili mütləq almalı, ingilis dili bilməli, beynəlxalq göstəricilərə uyğun boy və çəkiyə sahib olmalıdırlar.
Xatırladaq ki, Səudiyyə Ərəbistanda qadınların hüquqları ilə bağlı islahatlar ötən ildən keçirilməyə başlanılıb.