Ərəb milyonçu Hitlerin əşyalarını aldı, İsrailə verdi - Foto
21:45 / 25.11.2019
5197
İsraildə yaşayan livanlı biznesmen Abdalla Şatila Adolf Hitlerin şəxsi əşyalarını alıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ərəb milyonçu bu əşyaları İsraildə fəaliyyət göstərən "Keren ha-Yesod” təşkilatına hədiyyə edib.
Onun Almaniyada keçirilən hərracda bu əşyaları almasına səbəb onları neofaşistlərin əlinə düşməsinin qarşısını almasıdır. Ümumilikdə 10 lota biznesmen 545 min avro xərcləyib. Əşyaların içində portsiqarı, çap makinası, Hitlerin papağı, eləcə də "Mein Kampf” əsərinin gümüşü nəşri vardır. (yeni sabah)