Ərəb ölkələri İrana qarşı birləşiblər

Ərəb ölkələri İrana qarşı birləşiblər
Ərəb ölkələri İrana qarşı Səudiyyə Ərəbistanı ilə həmrəy olduqlarını bəyan ediblər.

ONA-nın məlumatına görə, bu barədə "Reuters” Ərəb Ölkələri Liqasının Məkkədə keçirilən iclasının yekunlarına verilmiş qərara istinadən yazıb. Bildirilir ki, liqa üzvləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin neft infrastrukturlarına hücumdan sonra öz milli maraqlarını qorumaq hüququnu dəstəkləyiblər. İclasda yalnız İraq etiraz edib və müttəfiqləri Tehranın daxili işinə qarışmamağa və bölgədə vəziyyətin eskalasiyasından çəkinməyə çağırıb.

İran isə ittihamlara cavab verib. "Bir sıra ərəb ölkələri tərəfində İrana qarşı səsləndirilən ittihamların əsası yoxdur. Biz bu bəyanatları pisləyirik. Onların İrana qarşı münasibətləri yanlışdır”,- deyə İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi deyib.

Qeyd edək ki, mayın 13-də Səudiyyə Ərəbistanı Oman körfəzində iki neft tankerinə hücum olması barədə açıqlama yayıb. Bildirilir ki, hadisə ABŞ-ın İran tərəfdən hücumun olacağı ilə bağlı xəbərdarlığından sonra baş verib. Daha 2 kommersiya gəmisi həmin gün Birləşmiş Ərəb Əmirliklərindəki Fuceyra limanında zərər görüb. ABŞ və müttəfiqləri hücumlarda İranı günahlandırır.


OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...