Ərəb Əmirlikləri də neft hasilatının dondurulmasının tərəfdarıdır

Ərəb Əmirlikləri də neft hasilatının dondurulmasının tərəfdarıdır
Birləşmiş Ərəb Əmirlikləri Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülmüş neft hasilatının həcmlərinin 2016-cı ilin yanvar ayı səviyyəsində dondurulması təşəbbüsünü dəstəkləyirlər. 
Oxu.Az "İnterfaks”a istinadən xəbər verir.
"BƏƏ-nin neft sahəsində siyasəti bütün istehsalatçılar ilə bazarın sabitləşməsinə dair ümumi maraqlara əsaslanan əməkdaşlıq üçün açıqdır. Biz gələcəyə optimizlə baxırıq”, - BƏƏ-nin neft naziri Süheyl əl-Mazuri bildirib.
Neft hasilatının səviyyəsinin dondurulmasına hazırlığını Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Oman, Nigeriya, Küveyt və bəzi məlumatlara görə Norveç və İraq bildirib.
Bu razılaşmanın əsas rəqibi kimi İran çxış edir.

OXŞAR XƏBƏRLƏR