Ərdoğan Nyu-Yorkda Türkevinin açılışını etdi - FOTO
22:17 / 20.09.2021
2370
ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türkevinin açılışını edib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, açılış zamanı Ərdoğan nitq söyləyib.
"Türkevi binamızın qapılarının hər kəsə açıq olduğunu bir daha vurğulamaq istəyirəm. Nyu-Yorkun nümunəvi binalarından olacaq Türkevinin millətimizə, ABŞ-a xeyirli olmasını diləyirəm. Bu binanın inşasında əməyi keçən hər kəsə təşəkkür edirəm”, - deyə Ərdoğan bildirib.