“Ərdoğan Azərbaycanı narahat edən məsələləri Putinin diqqətinə çatdıracaq…” - Şərh

“Ərdoğan Azərbaycanı narahat edən məsələləri Putinin diqqətinə çatdıracaq…” - Şərh
"Rusiya və Türkiyə arasında illərdir, tərəfdaşlıq münasibətləri var. Tərəflər hər il bir neçə dəfə görüşür və iki ölkəni maraqlandıran ortaq, eyni zamanda üst-üstə düşən maraqları müzakirə edirlər”.

Bu sözləri Sfera.az-a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında Soçi şəhərində baş tutacaq görüş haqda danışarkən deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-da baş tutan BMT-nin Təhlükəsizlik Şurasının sessiyasından sonra Rusiyaya səfər edib, burada Prezident Vladimir Putin ilə görüşməsində qeyri-adi bir şey yoxdur:

"Məsələ ondadır ki, tərəflər arasında müzakirə ediləsi məsələ çoxdur. Belə ki, Suriya, İraq, Liviya, Aralıq dənizinin şərqi enerji, silah layihələri və əməkdaşlıq, Cənubi Qafqaz və s. mövzular ətrafında müzakirələrin gedəcəyi gözlənilir”.

Politoloqun sözlərinə görə, Ərdoğan Putinin diqətinə çatdıracaq çalışacaq ki, Türkiyənin Azərbaycanla keçirdiyi hərbi təlimlərin tək məqsədi Azərbaycan ordusunun gücləndirilməsidir:
 
"Son günlər Türkiyənin Azərbaycanla keçirdiyi hərbi təlimlər Rusiyanı həm narahat edir, həm də narazılığına səbəb olur. Bu mənada düşünürəm, Ərdoğan bu haqda Putinlə xüsusi söhbət edəcək. Ərdoğan Putini əmin edəcək ki, təlimlər Kremlə heç bir mesaj xarakterli deyil. Təlimlərin başlıca məqsədi Azərbaycan ordusun güclənməsi, təkmilləşdirilməsidir”.

E. Şahinoğlu qeyd edib ki, Ərdoğan Putinin diqqətinə həm də Azərbaycanı narahat edən məsələləri çatdıracaq:

"Rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında təlimlər keçi̇rməsi̇, Laçın dəhlizindən qanunsuz Qarabağa TIR-ları buraxması, ermənipərəst rəsmilərin Xankəndiyə səfər etməsinə göz yumması və s. məsələlər bugün rəsmi Bakını ciddi narahat edən məsələlərdəndir. Ehtimal ki, bu məsələlər Türkiyə və Azərbaycan prezidentləri arasında da müzakirə edilib. Bu mənda düşünürəm, Ərdoğan Azərbaycanı narahat edən məsələləri, eyni zamanda 10 noyabr bəyanatının icrasını Putinin diqqətinə çatdıracaq.
 
Mahiyyət etibarilə rəsmi Bakı Laçın dəhlizinə Rusiya sülhməramlıları ilə birlikdə nəzarət etmək istəyir. Digər tərəfdən, Rusiya sülhmərmalılarının 10 noyabr bəyanatına qeyd-şərtsiz riayət etməsini də tələb edir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...