Ərdoğanla Trampın telefon danışığının detalları məlum olub

Ərdoğanla Trampın telefon danışığının detalları məlum olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı müzakirə etdikləri məsələlər məlum olub. 
 
İki ölkə liderinin telefon danışığının detallarını "Vaşinqton post” qəzeti dərc edib. 

Türkiyə Prezidenti söhbət zamanı ABŞ-ın Suriyada PKK/ YPG-PYD terror qruplaşmasına dəstək verməsinə etirazını bildirib. R.T.Ərdoğan bəyan edib ki, rəsmi Vaşinqtonun bu siyasəti başa düşülən deyil. 

R.T.Ərdoğan vurğulayıb ki, R.Trampın özünün dediyinə görə, İŞİD terror təşkilatı Suriyada məğlubiyyətə uğradılıb. Türkiyə Prezidenti amerikalı həmkarına həmçinin regionda minə yaxın ABŞ hərbçisinin qalmaqda davam etməsinin səbəbi barədə sual verib.

"Bilirsən nə var? Götür. Mən gedirəm", - D.Tramp deyib.

Qəzet yazıb ki, Ağ ev administrasiyasının bir neçə əməkdaşı Türkiyə və ABŞ liderləri arasında söhbətin bu formada getdiyini təsdiqləyib.
Xatırladaq ki, bir qədər əvvəl xəbər verildiyi kimi, Birləşmiş Ştatlar Suriyadan öz qoşunlarını çıxarmağa başlayıb.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın./report
 

OXŞAR XƏBƏRLƏR