Ərdoğanla Əliyev arasında telefon danışığı oldu

Ərdoğanla Əliyev arasında telefon danışığı oldu
Martın 6-da, axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. 

Sfera.az  xəbər verir ki, Ərdoğan bir neçə gün öncə Respublika Narkoloji Mərkəzində baş vermiş yanğında həlak olanlarla bağlı həmkarına başsağlığı verib. Həmçinin, mərhumların doğmalarına səbir diləyib.

İlham Əliyev göstərilən diqqətə görə minnətdarlığını bildirib.


Lalə Nəsirova



OXŞAR XƏBƏRLƏR