Ərdoğanın Putinə cavabı gecikmədi: “Əsla mümkün deyil”

Ərdoğanın Putinə cavabı gecikmədi:  “Əsla mümkün deyil”

Rusiya prezidenti Vladimir Putinin Amerikanın CBS telekanalına Suriya böhranı və Bəşər Əsədin gələcəyi barədə müsahibə verməsindən saatlar sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kreml liderinə cavab verib.

 

Sfera.az publika.az-a  istinadən xəbər verir ki, Ərdoğan Əsəd ilə Suriyanın qurtuluşunun əsla müzakirə mövzusu olmadığını deyib.

 

“Əsədin zərrə qədər Suriyaya və Suriya xalqına sevgisi varsa, bu işi buraxıb getmək məcburiyyətindədir. Bizim Suriyanın daxili ilə bağlı hər hansı dərdimiz yoxdur, amma bu ölkə ilə 911 kilometrlik sərhədimizin olduğunu nə Əsəd, nə də dünya unutmamalıdır. Biz hər an Suriyadakı terror təşkilatlarının təhdidi altındayıq”, - Ərdoğan söyləyib.

 

Türkiyənin bu vaxta qədər suriyalı qaçqınlar üçün xərclədiyi pulun 7,5 milyard dollara çatdığını deyən Ərdoğan xaricdən edilən yardımın yalnız 420 milyon dollar olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Rusiya prezidenti Amerikanın CBS telekanalınaa müsahibəsində Suriya prezidenti Başar Əsədə dəstəyinin əhəmiyyətini izah edib. Rusiya liderinin fikrincə, Suriya böhranını yalnız qanuni hökuməti gücləndirərək həll etmək mümkündür. Putin etiraf edib ki, Moskvanın hədəflərindən biri hərbi münaqişədə məğlub olan prezident Bəşər Əsədin başçılıq etdiyi Suriya rəhbərliyini xilas etməkdir. Rusiya prezidenti xatırladıb ki, dövlət institutlarının dağıdılması Liviya və İraq üçün çox zərərli olub.

 

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Əsədin devrilməsini istəməsinə gəlincə, Rusiya prezidenti Suriya xalqına müraciət etməyi tövsiyə edib: “Yalnız Suriya xalqı qərar verməlidir ki, onların ölkəsini kim və necə idarə etməlidir”.


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...