Ərdoğanın \"mənəvi qızım\" dediyi xanımı İmamoğluna görə bıçaqladılar
16:26 / 13.05.2019
2977
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vaxtı ilə barəsində yüksək fikirlər söylədiyi Göknur Damat adlı xanım iş adamını Əkrəm İmamoğluna dəstək verdiyi üçün bıçaqlayıblar.
Göknur Damat sosial şəbəkə hesabından Əkrəm İmamoğluna dəstək məqsədilə "Hər şey gözəl olacaq" statusu paylaşıb və İmamoğlunun seçki təbliğatı üçün 20 lirə ( 6 manat) ianə verdiyini bildirib.
Bundan sonra bir qrup şəxs tərəfindən təhdid olunub və daha sonra ayağından bıçaqlanıb.
Bu gün Əkrəm İmamoğlu onu dəstəklədiyi üçün bıçaqlanan Göknur Damatı xəstəxanada ziyarət edib.
Məlumat üçün bildirək ki, xərçəng xəstəsi olan Göknur Damatın bu xəstəliklə apardığı mübarizə Türkiyə Prezidenti tərəfindən təqdirlə qarşılanmışdı. Mətbuata verdiyi açıqlamada Göknur Damat qeyd edib ki, Türkiyə Prezidenti onunla görüşüb və ona "mənəvi qızım" deyə xitab edib.Yeniavaz