Ərdoğanın devirmək üçün pul oradan gəlib – 2010-cu ildə MOSSAD... - VİDEO

Ərdoğanın devirmək üçün pul oradan gəlib – 2010-cu ildə MOSSAD... - VİDEO

 

Türkiyədə hərbi çevrilişə cəhddən (15 iyul gecəsi) həftələr əvvəl Birləşmiş Ərəb Əmirliklərinin hökuməti "Fəthullahçı Terror Təşkilatı”na ( FETÖ) pul köçürüb.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia ilə İngiltərənin "The Guardian” nəşrinin keçmiş redaktoru Devid Herst "Middle East Eye” xəbər saytında çıxış edib.

 

İddiaya görə, ABŞ-ın dəstəyi ilə "Həmas”a qarşı çevriliş hazırlayan, Fələstinin mərhum lideri  Yasir Ərafata sui-qəsd planlaşdıran Məhəmməd Dahlan pulun köçürülməsində vasitəçi olub. Devid Herst Türkiyə kəşfiyyat xidmətlərinə yaxın mənbələrə istinad edib.

 

Məhəmməd Dahlanın Abu-Dabi şahzadəsi Məhəmməd Zayəd Al-Nahyanı ilə yaxın əlaqələrinin olduğu bildirilir. "Həmas” Qəzzada iqtidara gəlməzdən əvvəl "Əl-Fəth” partiyasının bu bölgədəki lideri olan Dahlan sui-qəsddə ittiham olunmasından sonra Fələstini tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb.

 

Xəbərə görə, Dahlanın Fətullah Gülən ilə ünsiyyət qurmasına ABŞ-da yaşayan fələstinli iş adamı kömək edib. Bu iş adamının kimliyi də Türkiyə kəşfiyyatına məlumdur.

 

Dahlan Türkiyədə hərbi çevriliş cəhdinin uğursuz olmasından sonra Birləşmiş Ərəb Əmirliklərini tərk etmək məcburiyyətində qalıb. Onun hazırda Misirdə yaşadığı təxmin edilir. Misir və Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı İordaniya da Dahlanın Mahmud Abbasdan sonra Fələstin lideri olmasını istəyir.

 

Ərəb dünyasında ən çox müzakirə edilən şəxslərdən olan Məhəmməd Dahlan 2008-ci ildə İsrailin Qəzzaya hücumundan əvvəl İsrailin Ehud Olmert hökuməti ilə kəşfiyyat paylaşmaqda ittiham olunur. Ona qarşı irəli sürülən daha bir ittiham "Həmas”ın komandirlərindən Mahmud Mabhuha qarşı 2010-cu ildə Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən sui-qəsdlə bağlıdır. İsrailin kəşfiyyat təşkilatı MOSSAD-ın agentləri tərəfindən reallaşdırıldığı deyilən sui-qəsdə Dahlanın kömək etdiyi bildirilir.

 



OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...