Ərdoğanın baş müşaviri: “S-500 almağı da düşünürük”

Ərdoğanın baş müşaviri: “S-500 almağı da düşünürük”
 

"S-400'ü alırıq, çünki bizə verilən ən yaxşı təklifdir. Əslində, biz  öz hava müdafiə sistemimizi qurmaq istəyirik. Bunun üçün alternativ başqa vasitələrə, S-400-dən irəliyə baxırıq. Eyni zamanda S-500 almağı da düşünürük ".

"Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülnur Aybet Yaponiyanın Osaka şəhərində baş tutan G20 Liderlər Sammitini qiymətləndirərkən deyib.

Ərdoğanın Yaponiyaya və Çinə etdiyi ziyarətlərini xatırladan G.Aybet G20 sammitində çox sayda ikitərəfli görüşlərin reallaşdığını diqqətə çatdırıb.

Onun sözlərinə görə ən diqqət çəkən görüşlərdən biri Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında baş verib:

"Bu görüş həm ikili münasibətlərdə, həm də S-400 məsələsində daha müsbət bir mühit yaratdı”.


OXŞAR XƏBƏRLƏR