AdRiver
Ərdoğandan Rusiyaya S-500 təklifi

Ərdoğandan Rusiyaya S-500 təklifi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya S-500 zenit-raket sistemlərini birgə istehsal etmək təklifi edib.

Sfera.az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

"Rusiya bizə S-400-lər üçün çox məqbul şərtlərdə kredit verdi. İkinci və üçüncü mərhələlərdə biz birgə istehsala başlayacağıq. Bundan əlavə Rusiyaya S-500 zenit-raket sistemlərini birgə istehsal etmək təklifi etmişəm” -, deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti NATO-nun Ankaranın S-400 raket kompleksini alması ilə bağlı etirazını da tənqid edib:

"Niyə Yunanıstanda olan S-300 raketləri barədə susurlar? Türkiyəyə qarşı belə siyasəti başa düşmək mümkün deyil”.
 
Rəsul
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---