Ərdoğandan Putinə SƏRT MESAJ: "Bu millət üz-üzə döyüşməyi yaxşı bilir"

Ərdoğandan Putinə SƏRT MESAJ:  "Bu millət üz-üzə döyüşməyi yaxşı bilir"

“Bu millət heç vaxt kimisə kürəyindən bıçaqlamayıb və üz-üzə döyüşməyi yaxşı bilir”

 “Sərhədlərimiz daha əvvəl də pozulmuşdu. Mən oktyabrın 4-də Putinə zəng etdim, bunun xoş olmadığını söylədim. G20 toplantısında da danışdıq, “dəvətsiz müsafir olmaz” dedik. 24 noyabr səhəri sərhədimizi pozan bir döyüş təyyarəsi xəbərdarlıqları dinləmədi və “F16”larımız tərəfindən vuruldu”.

 

Sfera.az “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Bayburt şəhərində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Türkiyənin İŞİD-dən neft aldığına dair Rusiya tərəfinin ittihamlarını bir daha rədd edib: “Bunu deyənlərə yazıqlar olsun. Tam əksinə, Rusiya şirkətləri və İŞİD Suriya rejiminə neft satır. Biz bir terror təşkilatından neft alacaq qədər heysiyyətsiz deyilik. Bunları deyənlər böhtançıdır. Hörmətli Putin Türkiyədən Suriyaya gedən TIR-lardan bəhs edir. Dedi-qodularla iş görülməz. Rusiya yalançı durumuna düşəcək. Hörmətli Putin deyir ki, kim terrorla ikibaşlı oyun oynayırsa, odla oynayır. Bəli, buna qatılıram. Suriyada 380 min adamın ölümünə səbəb olan, dövlət terroru həyata keçirən Əsəd rejiminə dəstək olmaq odla oynamaqdır. Mötədil müxalifləri vurmaq odla oynamaqdır. Bizə əsassız ittihamlar irəli sürmək, vətəndaşlarımızı Rusiyada incitmək odla oynamaqdır. Yardım aparan TIR-ları vurmaq odla oynamaqdır. Rusiyaya səmimi olaraq odla oynamamağı tövsiyə edirik”.     

 

R. T. Ərdoğan Rusiya ilə münasibətlərə önəm verdiklərini vurğulayıb: “Hörmətli Putin Türkiyənin onları kürəyindən xəncərlədiyini bildirir. Xeyr! Bu millət heç vaxt kimisə kürəyindən bıçaqlamayıb. Bu millət üz-üzə döyüşməyi yaxşı bilir. Nəticəsi nə olursa olsun, biz belə edirik. Suriya sərhədimizin pozulması ilə bağlı məsələ öz məcrasında davam edəcək, hər şey araşdırılacaq, lakin bu məsələ vasitəsilə Türkiyəyə qarşı total iftira kampaniyasına başlanmasını, əlaqələrimizin təhlükə altına atılmasını onlara yaraşdırmıram. Bu mövzunu Putinlə üz-üzə müzakirə etmək istərdim”.

 

 


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...