Ərdoğandan erməni nazirə sillə kimi cavab — Azərbaycana görə - VİDEO

Ərdoğandan erməni nazirə sillə kimi cavab — Azərbaycana görə - VİDEO
İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq sammitinin toplantısında gərginlik yaşanıb."Ölkə.Az” xəbər verir ki, tədbirdə iştirak edən ölkələrin təmsilçiləri bir-bir danışıblar. Bu zaman Ermənistanla Azərbaycan arasında gərginlik yaşanıb.

Belə ki, Ermənistan daxili işlər nazirinin müavini Aşot Hovakimyan Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun çıxışındakı "Üzv ölkələrdən biri hələ zəhərli ideologiyasından vaz keçmədi" sözlərinə uzun-uzadı danışıqla cavab verib. Ermənistan təmsilçisi çıxışının az qala hamısını Qarabağ məsələsinə həsr edib.

"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi ittiham yeri deyil”, - deyə  Aşot Hovakimyan Oqtay Əsədovun fikirlərinə cavab verib.

İclasa rəhbərlik edən prezident Rəcəb Tayyib Ərdoğan isə Ermənistan təmsilçisinə layiqli cavab verib. O, Aşot Hovakimyana nəzakət xətrinə təşəkkür etsə də, ona öz yerini göstərib.

"Cənab Hovakimyana təşəkkür edirəm. Onun "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi ittiham yeri deyil” fikirlərinə mən də qatılıram. Lakin burada heç bir təmsilçi ittihamlar səsləndirməyib. Siz isə çıxışınızın hamısını siyasi dəyərləndirməyə ayırdınız. Bu də mənim fikrimcə doğru deyil”, - deyə Ərdoğan Aşot Hovakimyanı susdurub.
 
| ]

OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...