Ərdoğan və Davudoğludan İlham Əliyevə başsağlığı

Ərdoğan və Davudoğludan İlham Əliyevə başsağlığı

Ərdoğan və Davudoğludan İlham Əliyevə başsağlığı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bu ölkənin baş naziri Əhməd Davudoğlu “Günəşli” neft yatağının 10 saylı platformasında baş vermiş yanğın nəticəsində insanların ölümü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə  başsağlığı məktubları göndəriblər. 

Rəcəb Tayyib Ərdoğanın başsağlığı məktubunda deyilir: 

“Hörmətli cənab Prezident, əziz qardaşım, 
 
Xəzər dənizindəki “Günəşli” neft yatağının 10 saylı platformasında baş vermiş yanğın nəticəsində insanların ölümü ilə bağlı xəbəri dərin məyusluq hissi ilə qarşıladım.
 
Millətim adından və şəxsən öz adımdan bu qəzada həyatlarını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa, Zati-alinizə, həlak olanların ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
 
Türkiyə hər zaman olduğu kimi, bu kədərli günlərdə də Azərbaycan dövlətinin və xalqının yanındadır, ona hər cür kömək göstərməyə hazırdır.
 
Fürsətdən istifadə edərək, Zati-alinizə və Azərbaycan xalqına əmin-amanlıq, rifah arzu edirəm”.
 
Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubunda deyilir:
 
“Hörmətli Prezident, əziz qardaşım,
 
Dekabrın 4-də qardaş Azərbaycana rəsmi səfərdən qayıdandan sonra Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində insan ölümü ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
 
Hökumətim adından və şəxsən öz adımdan qəzada həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyir, Zati-alinizə, həlak olan insanların ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.

Azərtac

OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan QALDIRILIR

Azərbaycan ilə Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haq...

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə “...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - 2 - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

İlham Əliyev: "Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb"

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prez...

Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək

Azərbaycanın Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi arasında bu ölkədə...