Ərdoğan: Trampla tarixi əhəmiyyətli razılığa gəldik

Ərdoğan: Trampla tarixi əhəmiyyətli razılığa gəldik
Tramp Türkiyə iqtisadiyyatını məhv edəcəyi ilə hədələmişdi
ABŞ və Türkiyə Suriyadakı vəziyyətə vahid mövqedən yanaşılması barədə razılığa gəliblər. 

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup iclasında Trampla apardığı telefon söhbətinin detallarını açıqlayarkən deyib.

Bildirib ki, Trampın sosial şəbəkələrdə verdiyi bir sıra mesajlar onu və dostlarını məyus etsə də, ötən günkü telefon söhbətində ABŞ prezidentilə bu məsələni müzakirə dib. 

"Ötən axşam bu məsələləri Trampla telefonda müzakirə etdik. Olduqca müsbət bir söhbət apardıq. İnanıram ki, Suriyada vəziyyətin dəyərləndirilməsilə bağlı Trampla tarixi əhəmiyyətə malik vahid anlaşmaya gəldik. O özü Amerika əsgərlərinin Suriyadan çəkilməsi barədə qərarını təsdiqlədi. Türkiyə tərəfindən Suriyada 30 kilometrlik təhlükəsizlik zonasının yaradılması məsələsinə də toxundu. Bu problemi həll etmək üçün Türkiyə əlindən gələn hər şeyi edəcək. Eyni zamanda, ABŞ-la ikitərəfli ticarət dövriyyəmizi 75 milyard dollara qaldırmaq istiqamətində də daha sürətli addımlar atacağımıza dair qərara gəldik” – Ərdoğan vurğulayıb. 

Qeyd edək ki, bu telefon söhbətindən bir neçə saat əvvəl Tramp kürdlərə hücum olarsa, Türkiyə iqtisadiyyatını məhv edəcəyilə hədələmişdi. Onun bu cür qalmaqallı mövqeyi rəsmi Ankaranın etirazına səbəb olmuşdu. (Azvision.az)

OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...