Ərdoğan Trampı təndiq etdi: \"Onlar verdikləri vədin arxasından qaçırlar\"
17:25 / 21.01.2019
2230
Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ prezidenti Trampı ciddi tənqid edib. Bir toplantıda iştirak edən Ərdoğan son dövrlərdə Trampla olan görüşlərini xatırladaraq bildirib ki, ABŞ verdiyi sözləri yerinə yetirmir. "Obama sözünü tutsaydı "Zeytun budağı” əməliyyatına ehtyac olmazdı. Tramp bunarı bilir və qəbul edir”.
Türkiyə prezidentinin sözlərinə görə Menbiçin təhlükəsiz yer etdikdən sonra sahiblərinə verəcəklər. Həmin məsələ gözlənilən Rusiya səfərində də Putinlə müzakirə ediləcək.
"Trampa dedim ki, lojistik dəstək verin İŞİD-i təmizləyək. Lakin bizə verilən sözü tutmurlar”. R.T.Ərdoğan onu da qeyd edib ki, İŞİD başda olmaqla YPG, PYD və digər terror qruplaşmaları Türkiyəyə qarşı etdiklərinin əvəzini görəcəklər.