Ərdoğan terroru dəstəkləyən ölkələrə müraciət etdi

Ərdoğan terroru dəstəkləyən ölkələrə müraciət etdi

“Türkiyəni bölmək, milləti parçalamaq sizə nə qazandıracaq!?” 

 Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Beynəlxalq Ombudsman Simpoziumda çıxış edərkən deyib.Terrora dəstək verənlərin ölkənin xaricində olduğunu vurğulayan Ərdoğan dünyaya səslənib:

 “Türkiyəni bölmək, milləti parçalamaq sizə nə qazandıracaq!? Atdığınız hər addım boşa çıxacaq. Millətimiz tarixindən aldığı güclə bu mübarizədən də qalib çıxacaq. Millətimiz içindəki ağrıya baxmayaraq, oynanılan oyunu görür. Terror təşkilatları ölkənin bəzi bölgələrində çirkli oyunlar oynayaraq vətəndaşla dövləti qarşı-qarşıya gətirmək istəyirlər”. 

 Dövlət başçısı terror və onu dəstəkləyənlərin yox olacağını dilə gətirib: 

 “Sabah Ərdoğanın vəzifə müddəti başa çatacaq, başqası gələcək. Amma bu dövlət əbədi yaşayacaq. Dünən bu ölkəyə xəyanət edənlər yox olub getdilər. Bu gün də yox olub gedəcəklər. Bu çətin günlər keçib gedəcək və biz yenə qardaş kimi yaşayacağıq”.Türkiyə prezidenti Suriya rejiminə dəstək verən İran və Rusiyanı da sərt tənqid edib: 

 “Bəzi ölkələr Suriyaya döyüş təyyarələri göndərirlər. Rəcəb Tayyib Ərdoğan bunu deyəndə səfirimiz Xarici İşlər Nazirliyinə çağırılır. Bunu mən söyləmirəm. Onların özləri etiraf edirlər”.

Aysel


OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...