Ərdoğan: \"Səbrimiz sərhədsiz deyil\"

Ərdoğan: \
 Türkiyə prezidenti,  Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etdi.
 
 Ərdoğan çıxışında Amerika Birləşmiş Ştatlarını razılaşmağa uyğun olaraq separatçı terror təşkilatı YPG/PKK-ya dəstəyini kəsməsi və terrorçuların bölgədən çıxarılması barəsindəki vədlərini yerinə yetirməyə çağırdı.
 
 Türkiyənin Suriyanın ərazi, siyasi bütövlüyünə hörmət etdiyini qeyd edən Ərdoğan: "Legitimliyi olan suriyalı müxaliflərlə oturub görüşür, onlara yardım etməyə çalışırıq. Təhlükəsizliyimizi təmin etməyin yeganə yolu Suriyada terror təşkilatlarının faydalandığı mənbələri qurutmaqdır" ifadələrini işlətdi.
 
 Türkiyənin DEAŞ və PKK, YPG-yə terror təşkilatları olduqlarına görə qarşı çıxdığını vurğulayan Ərdoğan:"Fərat çayının şərqi və Münbiç Suriya gündəmimizin ən mühüm məsələləridir. ABŞ tərəfindən bizə verilən vədlərin yerinə yetirilməsini gözləyirik. Münbiç məsələsi ortada qaldıqca rejimin bu regiona olan həvəsi də qabarır. Bu bölgənin xalqı Türkiyənin himayəsində öz gələcəklərinə özləri sahib çıxmaq istəyir. Bizə güvənirlər. PKK, YPG-nin bölgə xalqına tətbiq etdiyi zülm səbəbindən ölkəmizdəki suriyalılar evlərinə qayıda bilmirlər. Hərbi hazırlıqlarımızı da davam etdiririk. ABŞ bizə verdiyi sözü tutmasa, öz işimizi özümüz görəcəyik" ifadələrini istifadə etdi.
 
 ABŞ prezidenti Donald Tramp ilə bu məsələlərlə bağlı məhsuldar və ümidverici danışıqlar apardıqlarını, lakin  aşağı səviyyədəki görüşlərdə eyni səmərəni əldə edə bilmədiklərini vurğulayan Ərdoğan: "Bu ana qədər qarşımızda qoyulan konkret bir plan yoxdur. Səbrimiz sərhədsiz deyil. Bir neçə həftə ərzində terrorçular Münbiçdən çıxarılmasa, gözləmə müddətimiz sona çatacaq, öz planlarımızı həyata keçirmək haqqımız doğacaq. Bıçaq sümüyə dirənəndə görəcəyimiz işlər üçün heç kimdən icazə almaq, ya da heç kimə hesab vermək məcburiyyətində deyilik. Sanksiya siyahısı da daxil olmaqla, heç bir hədə-qorxu bizi bu yoldan döndərə bilməz. Bölgədəki bütün tayfalar hər zamanz bunu soruşurlar. Danışıqları aparan şəxslərə bütün bu tapşırıqları açıq şəkildə verdim" şəklində danışdı.

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...