Gündəm
Sİyasət

Ərdoğan Qırğızıstanda Qarabağ məsələsini qaldırdı

Ərdoğan Qırğızıstanda Qarabağ məsələsini qaldırdı
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitindəki çıxışında deyib.

"Türk dünyası olaraq, sülh və əmin-amanlıq baxımından bu məsələyə diqqət göstərməliyik. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizidən gələn bütün səyləri göstərməyə davam edəcəyik”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti, həmçinin əlavə edib ki, Fələstin məsələsi ədalətli yolla nizamlanmadıqca yalnız regional deyil, beynəlxalq təhlükəsizlik və sabitliyin qorunması mümkün olmayacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edir.

AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031