Ərdoğan: Qarabağ münaqişəsində ən önəmli tərəf Rusiyadır

Ərdoğan: Qarabağ münaqişəsində ən önəmli tərəf Rusiyadır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Dağlıq Qarabağ məsələsində tərəf olduğunu bildirib.
Oxu.Az-ın xəbərinə görə, R.T.Ərdoğan bunu Ankarada 23-cü Muxtarlar (yerli idarəçilər) toplantısında çıxışında deyib.
O, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tərəfi olduğuna, Azərbaycanı müharibəyə təhrik etdiyinə dair Rusiyada səslənən ittihamlara cavab verib: 
"Əgər Azərbaycan və Ermənistan arasındakı münaqişədə tərəf aranacaqsa, ən önəmli tərəf Rusiyadır. Rusiya tərəf olmağı sevir. Ukraynadakı münaqişədə tərəf olub. Gürcüstanda tərəf olub. İndi də Suriyada tərəfdir. Rusiya "Suriya bizi çağırdı, ona görə getdik” deyir. Məni aldada bilməzsən. Niyə zalımın yanında yer alırsan? Məzlumun yanında yer al”.  
R.T.Ərdoğan ümid etdiyini bildirib ki, Azərbaycanın atdığı addımları Ermənistan da atacaq: 
"Yaranmış duruma görə Ermənistan günahkardır”.

OXŞAR XƏBƏRLƏR

Çexiyada may ayında NATO XİN başçılarının növbədənkənar iclası keçiriləcək

Çexiyada mayın 30-31-də NATO ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.   Sfera.az-a TASS-a istinadən xəbər verir k...

İlham Əliyev: "Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb"

Artıq söylədiyim kimi, dırnaqarası “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. ...

Elektrik avtomobilləri ucuzlaşır, satışları ARTIR

Beynəlxalq Enerji Agentliyinin (IAA) hər il dərc etdiyi Qlobal Elektrikli Vasitələrə Baxış hesabatına görə, bu ilin birinci rübündə elektrik avtomobil satışları...

Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Litva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını müsbət qiymətləndirir.   Sfera.az xəbər verir ki, bu barədə L...

"İnter"in qələbəsi bütün gecə DAVAM ETDİ

"İnter"in kapitanı Lautaro Martinez səhər saat 4-ə qədər komandasının çempionluğunu azarkeşləri ilə qeyd edib.   Sfera.az bildirir ki, &ldq...

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İl...