Ərdoğan Putini müharibə ilə hədələdi
Cəmiyyət
12:43 / 28.11.2015
1063
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə verdiyi müsahibəsində S-400 “Triumf” zenit-raket komplekslərinin Suriyada Türkiyə qırıcılarına qarşı istifadəsini təcavüz hesab edəcəyini bəyan edib.
Sfera.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Ankaranın nəzəri hadisəyə mümkün reaksiyası barədə suala cavab verərkən prezident bəyan edib ki, hadisələrin gedişatının belə inkişafını mümkün hesab edir və Türkiyə təcili tədbirlər görmək məcburiyyətində qalacaq.
Ərdoğan əlavə edib ki, türk qırıcısının məhv edilməsi ölkənin suverenliyinə qarşı təcavüz kimi qiymətləndiriləcək və dövlətin öz suverenliyini qorumaq haqqı var.