Ərdoğan onu hədələyən terrorçu haqda danışdı: "Bunun qarşısı dərhal alınmazsa..."
14:03 / 15.03.2019
2753
Yeni Zelandiyada məsciddə törədilən 49 nəfərin ölümünə səbəb olan terrorçunun teraktdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı da hədələməsinə cavab verilib.
Bu barədə danışan Ərdoğan terroru qətiyyətlə pisləyib.
Deyib ki, onu hədəfə alan terrorçunun mənsub olduğu ideologiya İslam düşmənçiliyidir: "Bu, əvvəlcədən planlaşdırılmış terrordur. Yeni Zelandiyada müsəlmanlara qarşı terror hücumunu qətiyyətlə pisləyirəm.Ölkəmi Anadolu və Qərb olaraq bölmək istəyən terrorçu və qatil var. Bunun qarşısı dərhal alınmazsa, fəlakət xəbərlərinə yenilərinin də əlavə olunması qaçılmazdır. Bütün dünyanı, xüsusi ilə Qərb dövlətlərini bu təhlükəli gedişə qarşı sürətli tədbirlər görməyə çağırıram”.
mia.az