Ərdoğan işğal edilmiş Azərbaycan rayonlarının azad edilməsindən danışdı

Ərdoğan işğal edilmiş Azərbaycan rayonlarının azad edilməsindən danışdı

 

"Bütün dünya Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyini dərk edir”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlər var. 

Oxu.Az Türkiyənin "Akşam” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, əgər birinci növbədə Azərbaycanın beş rayonu erməni işğalından azad edilərsə, o zaman regionda sözün əsl mənasında, vəziyyətin normallaşması prosesi başlaya bilər. 

"Bütün dünya Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyini dərk edir. Əgər bunu hamı tanıyarsa, niyə də bu işğala son qoyulmasın?”, - Ərdoğan deyib. 

Prezident qeyd edib ki, ABŞ, Fransa və Rusiya 23 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsini nizamlaya bilmirlər.  

"Amma hazırda Rusiya prezidenti Vladimir Putin bu məsələ üzərində işləyir”, - Ərdoğan deyib. 

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatın yaradılmasından danışarkən prezident bildirib ki, Azərbaycan Türkiyə və Rusiya kimi bu formata müsbət yanaşır. 

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan XİN rəhbərləri Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılmasını müzakirə ediblər. 

"Bu formatın yaradılmasının əsas məqsədi regionda məsələləri təqib etmək və nəzarət etməkdir”, - Ərdoğan deyib. 

Avqustun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq mexanizmi yarada bilər. 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...