Ərdoğan: “F-35 satmasanız, başqa yerə üz tutacağıq”

Ərdoğan: “F-35 satmasanız, başqa yerə üz tutacağıq”
 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, əgər Birləşmiş Ştatlar F-35 təyyarələrini satmasa, Türkiyə başqa yerə üz tutacaq. 

APA "voice america”ya istinadən verdiyi xəbərə görə, Ərdoğan əlavə edib ki, ABŞ-ın Ankaranı proqrmandan kənarlaşdırmaq qərarı Türkiyəni ehtiyaclarını qarşılamasının qarşısını almayacaq.

 

Qeyd edək ki, Ankara Rusiyada Vaşinqtonun təhlükə olaraq gördüyü S-400 raketlərinni alandan sonra Birləşmiş Ştatlar ötən həftə NATO müttəfiqi olan Türkiyəni F-35 proqramından çıxardığını bildirib.


OXŞAR XƏBƏRLƏR