Ərdoğan bayrağımızın düyünlənməsindən danışdı - Nələr dedi nələr
Türkiyədə kürdlərin partiyası olaraq tanın HDP-nin (Xalqların Demokratik Partiyası) Almaniyada keçirdiyi tədbir qalmaqala səbəb olub. "Biz bütün Türkiyənin partiyasıyıq" deyən HDP, tədbirdə Türkiyə bayrağı asmayıb.Bizimyol xəbər verir ki, bundan əlavə asılan Azərbaycan bayrağı da düyünlənib. Məsələyə Türkiyə mətbuatında da geniş yer verilib. Türkiyə bayrağının olmamasının və yalnız Azərbaycan bayrağının bu formada asılmasının qəsdən edildiyi düşünülür.Məsələ ilə bağlı Türkiyə prezidenti R.T.Ərdoğan da açıqlamalar verib:"Hamburgdakı tədbirdə Trinidadın bayrağı var, amma Türkiyənin bayrağı yoxdur. Yaponiyanın bayrağı var, amma Türkiyənin bayrağı yoxdur. Bəs sizin bayraqla probleminiz yox idi? Kimi aldadırsınız? Sizin millətlə də, vətənlə də, dövlətlə də probleminiz var."
Aysel