Ərdoğan açıqladı: \"Onları vətəndaşlıqdan məhrum ediləcək\"
17:01 / 15.10.2016
1121
Fəthullahçı Terror Təşkilatının (FETÖ) üzvləri Türkiyə vətəndaşlığından atılacaq.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Rize səfərində bildirib.
"Onlar artıq bu ölkənin vətəndaşı olaraq xatırlanmayacaqlar. Bundan sonra qaçdıqları ölkənin vətəndaşı olsunlar”, - Türkiyə prezidenti deyib.