Ərdoğan: "ABŞ Suriyadakı terrorçulara 50 min TIR silah-sursat göndərib"

Ərdoğan:
 

"ABŞ-ın Suriyadakı terrorçulara 50 min TIR-dan artıq silah-sursatı göndərməsi bizi ciddi narahat edir”.

Sfera.az "Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ticarət naziri Uilbur Rossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

"ABŞ-ın keçmiş prezidenti Barak Obamanın vaxtında "gəlin, təhlükəsiz bölgə yaradaq” təklifini irəli sürdüm. Təəssüf ki, bu təklifimə qarşılıq verilmədiyi üçün reallaşdıra bilmədik. Özü də Obamanın bu məsələyə müsbət yanaşdığı halda, təhlükəsiz bölgə yarada bilmədik. Donald Tramp da məsələyə müsbət yanaşdı. Onda vaxt itirmədən bunu həll etməyimiz lazımdır. Bunu həll etdiymiz zaman terror qruplaşmalarına qarşı mübarizəmiz də asanlaşacaq. Qaçqınların nizamsız şəkildə köçünün də qarşısını alacağıq. Hazırda təhlükəsiz bölgənin qurulması istiqamətində fəaliyyətə başlamışıq. ABŞ-ın terrora qarşı mübarizədə və qaçqınların sağ-salamat evə dönmələri üçün təhlükəsiz bölgə yaratmağımızda yanımızda olmasını gözləyirik. Eyni zamanda ABŞ-ın 50 mindən artıq TIR-la Suriyadakı terrorçulara silah-sursat göndərməsi bizi ciddi şəkildə narahat edir. Bu yük avtomobillərindəki silah-sursat kimə qarşı istifadə edilir? Türkiyəyə qarşı. Strateji olaraq bunu qəbul etməyimiz isə mümkün deyil”, - deyə Türkiyə prezidenti vurğulayıb.

R.T.Ərdoğan Türkiyədəki qaçqın məsələsinə də toxunub: "Hazırda ölkəmizdə 3,6 milyon suriyalı qaçqın daxil olmaqla dünyanın müxtəlif bölgələrindən olan 5 milyona yaxın əcnəbiyə ev sahibliyi edirik. Bununla da NATO-dakı müttəfiqlərimiz başda olmaqla bütün Avropanın təhlükəsizliyini təmin edirik. Ölkəmizin yeni bir köç dalğasını qəbul etməsi artıq mümkün deyil”.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...