Ər-arvad iş adamını şantaj etdi-1 milyonluq dələduzluq

Ər-arvad iş adamını şantaj etdi-1 milyonluq dələduzluq
 

Türkiyədə azərbaycanlı iş adamının 1 milyon dollarını şantaj yolu ilə ələ keçirməyə cəhd edən ər-arvad saxlanılıb.

Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, bu il sentyabrın 23-də Türkiyədə turizm sahəsində bizneslə məşğul olan Azərbaycan vətəndaşı N.N. İstanbulda polisə müraciət edərək, 5 ildir, yanında işləyən şəxs tərəfindən şantaj edildiyini bildirib: "Yanımda işləyən Özgür.K. həyat yoldaşının telefonu ilə mənə zəng edərək, əlində intim görüntülərimin olduğunu dedi və 1 milyon dollar istədi. Pulu verməyəcəyim təqdirdə görüntüləri sosial şəbəkədə yayacağını və ailəmə bildirəcəyini dedi. Hətta Azərbaycan mətbuatına xəbər ötürəcəyini bildirdi”.

Müraciətlə əlaqədar əməliyyat keçirən polis həmin şəxsi arvadı Esin K. ilə birlikdə Ərzurumda yaxalayıb.

 

Özgür K. ifadəsində iş adamının ona borclu olduğunu iddia edib.

Araşdırma zamanı ər-arvadın Gürcüstana qaçmaq istədiyi müəyyənləşib.


OXŞAR XƏBƏRLƏR

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...