Epidemiya kimi yayılan WannaCry virusu

Epidemiya kimi yayılan WannaCry virusu

 

Keçən həftədən etibarən yayılmağa başlıyan bu virus təhlükəsizlik tədqiqatçılarının hesablamasına görə Cümə gününün sonunda 150 ölkədən təxminən 57000 kompüterə bulaşmışdır. Şənbə günü virusun yayılması zəifləsədə 200000-dən artıq kompüterə bulaşdığına inanılır.


WannaCry nədir ?


Öncəliklə WannaCry-ın nə olduğunu aydınlaşdıraq. Bu "Trojan” virusunun qorxulu bir növüdür və bulaşdığı kompüterdəki faylları şifrələyib, geri qaytarmaq üçün ödəniş tələb edir.


WannaCry necə işləyir ?


Əvvəlcədən də qeyd etdiyimiz kimi bu tipli viruslar öncə cihazdakı faylları şifrələyir, daha sonra isə pul tələb edir. WannaCry bulaşdığı gündən etibarən 3 gün ərzində 300$ dəyərində bitcoin ödənişi tələb edir, 3 gün ərzində ödəniş olunmasa məbləğ 600$-a qalxır. 7 gündə ödəniş olunmasa virus bütün faylları silir.

 
 
WannaCry günlük həyatda istifadə etdiyimiz 200-dən çox fayl növünü şifrələyə bilir. Bununla yanaşı, virus zərərçəkənin kompüterində "txt” formatında qeyd qoyur:

 

WannaCry necə yarandı ?


WannaCry trojanının yaranmasında Milli Təhlükəsizlik Agentliyinin tapdığı "EternalBlue” adlı exploit (sistem xətası) böyük rol oynayır. Bu sistem xətası Aprel ayında Shadow Brokers adlı hacker qrupu tərəfindən ətraflı şəkildə paylaşılıb.


Hücum bitib?


Təəssüfki, xeyr. WannaCry 12 May tarixində üzə çıxanda artıq 57000-dən çox cihaza yayılmışdı. Əsasən Avropa ölkələrinə zərər verməklə yanaşı, banklar, xəstəxanalar və hökümət orqanları daxil olmaqla böyük şirkətlərə ciddi şəkildə ziyan vurmuşdur.

13 May tarixində 22 yaşlı təhlükəsizlik tədqiqatçısı Marcus Hitchins virusun yayılmasını izləyən domen adını alaraq bilmədən hücumun yayılmasını zəiflətmişdir. Bu haqda Marcus-un blogundan ətraflı oxuya bilərsiniz.


Özümü bu virusdan necə qoruya bilərəm ?


Əməliyyat sisteminizdən asılı olmayaraq, ən yeni sistem yenilənmələrini yükləyərək qoruna bilərsiniz. Xüsusən də Windows XP, Windows 8 və Windows Server 2003 istifadəçilərinə Microsoft-un təqdim etdiyi ən son yenilənməni etmələri tövsiyə olunur.


Kompüterim WannaCry-a bulaşıbsa nə edim ?


Təəssüflə bildirmək istəyirik ki, hal-hazırda heç bir çıxış yolu yoxdur. Antivirus şirkətləri və kibertəhlükəsizlik üzrə ekspertlər şifrələnmiş faylları qurtarmaq üçün çalışırlar. Əgər məlumatlarınızın ehtiyat nüsxəsi varsa narahat olmaq lazım deyil, nüsxə yoxdursa faylları qaytarmaq üçün virus tərəfindən göstərilən təlimatlara əməl edib, ödəniş etməlisiniz.( Technote.az)

 

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...