Enerji içkiləri ucuzlaşdı, ancaq bu müvəqqətidir- ekspert

Enerji içkiləri ucuzlaşdı, ancaq bu müvəqqətidir- ekspert
"Enerji işkiləri üzrə aksiz markasının ləğvi müvəqqəti xarakterlidir”
 
Sfera.az-a açıqlamasında bu sözləri enerji içkiləri üzrə aksiz markasının ləğvi və bu fonda həmin məhsulun qiymətində ucuzlaşmanın baş verməsinə münasibət bildirərkən İqtisadi Tədqiqatlara Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyib.
 
S. Əliyevə görə, məhz bu səbəbdən həmin içkiləri gətirən şirkətlər qiymətləri endiriblər ki, mövcud vəziyyətdən istifadə edib daha çox mal sata bilsinlər: 
 
"Açığını deyim ki, Azərbaycanın gömrük-rüsum sistemini bir o qədər də tam şəkildə anlaya bilmirəm. Gömrük rüsumları əslində büdcənin doldurulması qismində iştirak etməməlidir. Gömrük rüsumlarının təyin edilməsində əsas vəzifə daxili bazarı, yerli istehsalçıları qorumaqdır. Ölkədə hər hansı bir məhsul istehsal olunursa, xaricdən ucuz qiymətə onun analoqu gətirildikdə, istər-istəməz xarici mal alınır. Nəticədə yerli məhsul sıradan çıxarılır. Ancaq bir də görürük ki, daxildə istehsal olunmayan, idxal edilən məhsullara görə də rüsumlar qaldırılır. Fikrimcə isə həmin idxal məhsuluna münasibətdə belə addımlar atmağa ehtiyac yoxdur. Enerji içkilərinə gəldikdə, ölkə daxilində onlar istehsal edilmir. Ümumiyyətlə, enerji içkisilə bağlı müxtəlif fikirlər formalaşıb, onun tərkibi, insan orqanizminə ziyanı ilə bağlı müxtəlif fikirlər səslənib. Bu baxımdan bəlkə də enerji içkilərinə münasibətdə mövcud yanaşma düzgün olardı. Bildiyim qədər, enerji içkiləri üzrə aksiz markasının ləğvi məsələsi müvəqqəti xarakterlidir. Yəni daimi addım deyil, fevral ayına qədər təxirə salınıb, aksiz vergilərinin artımına ilin ikinci ayından başlanılacaq. Bu səbəbdən də enerji içkisini gətirən şirkətlər qiymətləri aşağı salır ki, daha çox sata bilsinlər. Ona görə də növbəti dəfə, fevraldan sonra enerji içkilərinin qiyməti yenidən qalxacaq”.
 
Qeyd edək ki, enerji içkiləri üzrə aksiz vergiləri ləğv edilib. Bu fonda həmin məhsulun qiyməti xeyli dərəcədə ucuzlaşıb. Onu da vurğulayaq ki, əslində həmin içkilərin qiyməti bu hadisədən bir müddət əvvəl hətta bahalaşmışdı. Belə ki, "Hell” içkisinin satış qiyməti əvvəl 2 manat iidsə, indi 1 manata düşüb. Xəbər verildiyi kimi, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.
 
Qərara əsasən, Azərbaycana idxal olunan alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin litrinə 3, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.
 
Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni fevralın 10-da qüvvəyə minəcək. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...

Ermənistanda minatəmizləmə işləri ilə əlaqədar Bağanis-Voskepar yolu BAĞLANDI

Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Ə...

"Qərb danışıqlara nə qədər az müdaxilə etsə, Cənubi Qafqaza sülh o qədər tez gələcək"

“Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin...

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...