Enerji içkiləri gənc oğlanı başsız qoydu FOTOLAR

Enerji içkiləri gənc oğlanı başsız qoydu FOTOLAR
 Beyninə qan sızan gəncin kəllə sümüyünün bir hissəsi çıxarılıb

Enerji içkiləri bir gənci başsız qoydu. Daha doğrusu gənc oğlan indi başının bir hissəsi olmadan yaşamağa məcburdur. İstiPress-in məlumatına görə, amerikalı Austinin başında bərpası mümkün olmayan zədə qalıb. 

Austin adlı gəncin öz həyat hekayəsini həyat yoldaşının "Facebook" səhifəsində paylaşıb. Həyat yoldaşının sözlərinə görə, Auistin uzun və gərgin iş qrafiki ilə əlaqədar olaraq enerji içkilərindən həddindən artıq istifadə edib. Hamilə olduğu bir gün ona zəng edərək ərinin beyin qanaması keçirdiyini deyiblər. 

Qanamadan sonra gəncin başında onlarla əməliyyat keçirilib. Nəticədə o kəllə sümüyünün əhəmiyyətli bir hissəsini itirib. Əməliyyatlardan sonra isə onun başının düz ortasında iri dəlik qalıb.

Öz övladını belə 2 ay sonra görə bilən gənc üçün indi həyat yenidən başlayır. Həyat yoldaşı gəzmək qabiliyyətini belə itirən ərinə ikinci həyatı vermək istəyir.
 


 

OXŞAR XƏBƏRLƏR