Ən qoca nənəmiz Naxçıvandadır

Ən qoca nənəmiz Naxçıvandadır

 

Azərbaycanın ən qocaman sakini Naxçıvanın Şərur rayonu Kürçülü kənd sakini Qönçə Hümbətovadır.

Bu barədə Oxu.Az "Şərq qapısı” qəzetinə istinadən xəbər verir. 

"118 yaşlı bu nənə muxtar respublikamızın ən yaşlı sakinidir. Q.Hümbətova 1898-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunun Qədirli kəndində anadan olub.

1905-ci ildə ermənilərin Qədirli kəndini talan etməsindən sonra o, anası ilə birlikdə Naxçıvana gələrək burada məskunlaşır. Doğulduğu gündən bəri çətin şəraitdə yaşayan bu qadın haradan biləydi ki, hələ qarşıda bundan da əzablı günlər onun yol-yoldaşı olacaq. O, 9 yaşında ikən anasını itirir. 

Kənddə xeyirxah insanlar kimi tanınan Mahmud kişi və Şəkər arvad onu öz himayələrinə götürür, övladları kimi qoruyub nəvaziş göstərirlər. 40-cı illərdə Qönçə Hümbətovanın ailəsi Qazaxıstana sürgün edilir.

Üç il burada sürgün olduqları müddətdə çox çətin, hətta səfil vəziyyətdə yaşayan ailənin 4 üzvü acından ölür – ailə başçısı və 3 oğlan övladı.

Qönçə nənənin tək bir oğul övladı həyatda qalsa da, Tanrı ona çox böyük bir ailə – 4 nəvə, 8 nəticə və 16 kötücə nəsib edib. Hazırda 118 yaşın özünü göstərdiyi, nəvazişə ehtiyacı olan bu qadın həmin mehriban ailənin qayğısı ilə əhatələnib”, - deyə qəzet yazır.

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...