Ən qədim Quran aşkar edildi

Ən qədim Quran aşkar edildi

Manuskriptin müəllifi Məhəmməd peyğəmbər ilə görüşə bilərdi.

Birmingem Universitetinin əməkdaşları onların kitabxanasında saxlanılan Quranın dünyada ən qədim əlyazmalardan olduğunu aşkar ediblər.

Tədqiqatçıların sözlərinə görə, onlar radiokarbon təhlili – müsəlmanların müqəddəs kitabının səhifələrinin yaşının 1300 ildən artıq olduğunu göstərdikdə çox təəccübləniblər.

Bu, o deməkdir ki, bu manuskript üzərində işləyən insan Məhəmməd peyğəmbər ilə görüşə, onun moizələrini dinləyə bilər, Sfera.az BBC-yə istinadən xəbər verir.

Əlyazmanın səhifələrini Universitetə Yaxın Şərqdən olan digər minlərlə qədim sənədlərlə bərabər 1920-ci ildə əslən İraqdan olan tarixçi Alfons Minqana verib.  


OXŞAR XƏBƏRLƏR