Ən çox gördüyünüz 7 yuxunun yozması
Təkcə insanlar yox, heyvanlar da yuxu görürmüş. Amma onlardan fərqli olaraq, biz düşünürük ki, yuxularımız hansısa mesaj verir. Bəs yuxuların mənası nədir?
Bizimyol.info sizə ən "məşhur” 7 yuxunun psixoloji anlamını və tövsiyəsini çatdırır:
Yüksək hündürlükdən yıxılmaq
Bu o deməkdir ki, siz bir situasiyada çox ilişib qalırsınız. Özünüzə və başqalarına daha çox inanmalısınız. Situasiyaya fikir verməyin, həyat hər şeyi qaydasına salacaq.
Yuxuda uçmaq
Sizi sıxan şəraitdən azad ola bilmirsiniz. Üzərinizə məsuliyyət götürün, vacib qərarlar qəbul edin.
Yuxuda izlənilmək
Həyatınızdakı bir probemdən yaxa qurtarmaq istəyirsiniz. Çox adam belə yuxudan qorxur. Halbuki bu yuxu diqqəti reallaşdırılmayan istedada yönəldir. Siz növbəti addımınız haqqında düşünməlisiniz.
İmtahandan kəsilmək
Bu onu göstərir ki, siz həyatdakı uğurlarınıza tənqidi yanaşırsınız. Özünüzlə fəxt etməyi öyrənin. Özünüzü başqaları ilə müqayisə etməyə və başqalarını özünüzdən irəlidə görməyə son qoyun.
İctimai yerdə paltarsız qalmaq
Paltar bizə müəyyən obraz yaratmağa kömək edir. Yuxuda özümüzü paltarsız görürüksə, deməli, narahatlıq üçün müəyyən səbəbimiz var. Utanmaq lazım deyil. Yaxın adamlara ürəyinizi açın, gizlətdiyiniz sirri etibar etdiyiniz birisi ilə paylaşın.
Ayaqyolunu tapa bilməmək
Yəqin həmişə güzəştə gedirsiniz, başqalarının xeyrinə qərar qəbul edirsiniz. Əvvəlcə öz tələbatınız haqda düşünün. Fədakarlığın da bir həddi olmalıdır.
Dişini itirmək
Dişlər sizin cəsarətinizin və daxili gücünüzün rəmzidir. Yuxuda dişinizi itirirsinizsə, deməli, özünüzə inam böyük deyil. Hər şey haqda ətraflı, sakit düşünün.