Texnologİya

Ən çox gəlir qazanan telefon istehsalçıları açıqlandı

Ən çox gəlir qazanan telefon istehsalçıları açıqlandı
"Counterpoint” şirkəti 2018-ci ilin ikinci rübü üçün smartfon istehsalçılarının gəlirlərinə həsr edilən hesabat dərc edib.

Sfera.az ICTnews-a istinadən xəbər verir ki, ötən il olduğu kimi, "Apple” şirkəti dünya smartfonlar bazarının lideri olub. Belə ki, ümumi gəlirin 62 faizi ABŞ istehsalçısının payına düşür.

İkinci yerdə 17 faiz paya malik "Samsung” şirkəti qərarlaşıb. Maraqlıdır ki, satılmış smartfonların sayına (ədəd) görə "Samsung” "Apple” şirkətini üstələyir. Lakin, gəlir baxımından "Apple” ilk yeri tutub.

Sonrakı yerlərdə Çinin "Huawei”, "OPPO”, "Vivo” və "Xiaomi” şirkətləri qərarlaşıb. Çin istehsalçılarının ümumi gəlirləri birlikdə toplandıqda onlar 20 faiz payla ikinci yerə çıxırlar. Onlar ilk dəfə olaraq rüb ərzində ümumilikdə 2 milyard dollardan çox qazanc əldə ediblər.

Eyni zamanda liderlər - "Apple” və "Samsung” şirkətlərinin payının azalması maraq doğurur. Qeyd edilən Çin şirkətlərinin payı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031