Ən çox bəraət alan vəkil - Adəm Məmmədov təltif edildi

Ən çox bəraət alan vəkil - Adəm Məmmədov təltif edildi
 Bu gün tanınmış vəkil Adəm Məmmədov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunub.
 
Sfera.az "AzPolitika.info”ya istinadən verdiyi məlumatına görə, Adəm Məmmədov bu mükafata ilk növbədə Azərbayacan vəkillik tarixində ən çox bəraət hökmlərinin (qərarlarının) qəbul edilməsinə nail olduğu üçün layiq görülüb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti eyni zamanda Adəm Məmmədovun vəkillik fəaliyyətinin inkşafına verdiyi töhvələri də yüksək qiymətləndirib və onu Fəxri Fərmanla təltif edib.
 
Adəm Məmmədov açıqlamasında belə bir Fəxri Fərmanla təltif olunmasının onun məsuliyyətini daha da artırdığını bildrib: "Fəaliyyətimizə belə yüksək qiymətin verilməsi, bizi işimizdə daha məsuliyyətli olmağa, daha çox işləməyə sövq edir. Bu diqqətə və əməyimə verilən qiymətə görə başda Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov olmaq Rəyasət Heyətinin bütün üzvlərinə təşəkkür edirəm. Hüquqlarını müdafiə etdiyim şəxslərin qanuni haqlarının bərpa olunması üçün daim bütün gücümü səfərbər etmişəm. Bundan sonra daha çox əmək sərf etməli olacağıq. Bəraətlərimin sayını daha da artırmağa, bu adı qorumağa çalışacam” .

OXŞAR XƏBƏRLƏR