Gündəm

“Ən baha qiymətə gedən mandatıdır, onu da girov qoyub də...” – Partiya sədrindən Rafael Cəbrayılova replika

“Ən baha qiymətə gedən mandatıdır, onu da girov qoyub də...” – Partiya sədrindən Rafael Cəbrayılova replika


"Deputatların mandatlarından dəyərli nəyi var ki, borc götürəndə də onu girov qoysunlar ? Rafael Cəbrayılov nə etməlidir ? Ən baha qiymətə gedən mandatıdır, onu da girov qoyub”.

 

Bu sözləri Sfera.az-a açıqlamasında millət vəkili Rəfael Cəbrayılovun deputat vəsiqəsini girov qoyaraq borc pul almasına münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

 

"Bu adam deputat mandatını pul verib alıb və hazırda onun ən dəyərli varlığı həmin mandatdır ki, onu da girov qoyub. Milyonlarla pul verib deputat mandatı alırlar, borc da götürəndə mandatlarını girov qoyurlar. Bunların mandatlarından dəyərli nələrisə var ki, götürəndə də onu da girov qoysunlar ? Şəxsiyyət vəsiqəsinə kim pul verər ? Azərbaycan vətəndaşının nə dəyəri var ki, onun vəsiqəsinin də nə dəyəri olsun?"

 

Xatırladaq ki, Rəfael Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb və bunun qarşılığında deputat vəsiqəsini girov qoyub.


Səbuhi

Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031