Ən az 3 uşaq anası olan azərbaycanlı qadın müğənnilər - SİYAHI

Ən az 3 uşaq anası olan azərbaycanlı qadın müğənnilər - SİYAHI
 

Xəbər verdiyimiz kimi, ötən gün "Eurovision" təmsilçimiz Safura Əliyeva 3-cü dəfə ana olub.

Həm məşhurluq, həm də çoxuşaqlı analıq qadın müğənnilər üçün heç də asan başa gəlmir. Ana olduqdan sonra sənətdən uzaq düşən müğənnilər də olub.

AZXEBER.COM mövzunun aktuallığın nəzərə alaraq ən az 3 uşaq anası olan xanım məşhurlarımızın siyahısını təqdim edir.

Şou-biznesdə çoxuşaqlı anası deyilən kimi ağıllara ilk olaraq müğənni Elnarə Xəlilova gəlir. Jurnalist Rövşən Cahangirov ilə ailəli olan xanım müğənninin 4 uşağı var. Elnarə müğənniliklə yanaşı, radioların birində aparıcı kimi də çalışır.

 

Daha bir çoxuşaqlı ana isə müğənni Xuraman Şuşalıdır. Xuraman da həmkarı Elnarədən geri qalmaır. Rejissorla ailəli olan Xuramanın 3 uşağı var.

Rejissor Kənan MM ilə ailəli olan müğənni Aygün Mahmudova da məşhurluq qazandığı illərdə 3 uşaq dünyaya gətirib. Aygün ana olduqdan sonra sənətdən uzaqlaşıb, daha sonra yenidən efirlərə və sənətə dönüb.

 

3 uşaq anası olmasına baxmayaraq daim bədən formada qalan müğənni Nura Suridir. 3 oğul anası olan Nuranın övladlarının hər biri ayrı-ayrı nikahdan olub. Çoxuşaqlı ana olan Nura gözəlliyi və cazibəsi ilə hər zaman gündəmdə qalmağı bacarıb.

Hazırda vətəndən kənarda yaşayan müğənni Rəqsanə İsmayılova da yuxarıda sadaladığımız həmkarlarından geri qalmayıb. Belə ki, müğənni 4 qız anasıdır. Böyük qızı Aysun anasının sənətini davam etdirir.

 

Əməkdar artist Fidan Hacıyeva 2 oğul, bir qız anasıdır. Fidan Hacıyeva İngiltərə vətəndaşı ilə ailəlidir.

Xalq artisti Gülyanaq Məmmədova da 4 övlad anasıdır. O, dördüncü övladını 43 yaşında dünyaya gətirib. Müğənni açıqlamasında bildirib ki, çoxuşaqlı ana olması onda karyerasını davam etdirməyə mane olmur.


Erkən yaşlarında ailə həyatı quran xalq artisti Mələkxanım Əyyubova dörd övlad anasıdır. Xalq artistinin iki oğlu və iki qızı var.

"Eurovision 2009” təmsilçimiz Aysel Teymurzadə ailə qurduqdan sonra karyerası ilə birdəfəlik vidalaşsa da, o, da 3 uşaq anasıdır. Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailəli olan Ayselin bu nikahdan 2 oğlu və bir qızı var.


OXŞAR XƏBƏRLƏR