Çempionun qətli ilə bağlı – RƏSMİ MƏLUMAT

Çempionun qətli ilə bağlı – RƏSMİ MƏLUMAT
Daxili İşlər Nazirliyi və respublika Baş Prokurorluğu kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovun qətli ilə bağlı birgə məlumat yayıblar. 
Oxu.Az-a daxil olan məlumatda görə, respublikanın polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir qətlin üstü "İsti izlər”lə açılmışdır.
Belə ki, fevralın 20-də Gəncə şəhərində 1982-ci il təvəllüdlü  Cəlilov Elmir Elqədər oğlunun odlu silahla qətlə yetirilməsi faktına görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Tağıyev Anar Şahin oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.
A.Tağıyev cinayətin aləti olan lüləsi kəsilmiş ov tüfəngini istintaqa təhvil verilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR