\"Çempionlar Liqasında qalib olmaq istəyirdik\"

\

"Barselona"nın yarımmüdafiəçisi Andres İnyesta komandanın son mövsümdəki çıxışını təhlil edib. Goal.az xəbər verir ki, təcrübəli futbolçu komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasını aydınlaşdırmağa çalışıb.

"Çempionlar Liqasında mövsümü qalib kimi başa vurmaq istəyirdik. Mövsümün gedişində komandanın oyununda baş verən enişin səbəbini anlamaq çətindir. Geri çəkilməyə yer qalmayanda situasiyanı daha intensiv təhlil etdik. Amma buna dəqiq izah tapmadıq. Bəlkə də, tər tökmədən mövsümü 3 titulla başa vuracağımızı düşünürdük. Buna nail olmaq isə çətindir. Eyni zamanda qazanılan titullar sayəsində mövsümi uğurla başa vurduq".


OXŞAR XƏBƏRLƏR