Emmi mükafatının builki qalibləri bəlli oldu - FOTOLAR

Emmi mükafatının builki qalibləri bəlli oldu - FOTOLAR
73-cü Beynəlxalq Emmi mükafatının qalibləri bəlli olub.

Sfera.az bildirir ki, Los-Ancelesdə gerçəkləşən gecəyə ötən il videokonfransla qoşulan ulduzlar bu dəfə qırmızı xalçada dəb yarışına çıxıblar. 
 
"The Crown" ən yaxşı dram serialı, ən yaxşı aktrisa, ən yaxşı aktyor, köməkçi obrazlar da daxil olmaqla bir çox mükafatın qalibi olub. "Ted Lasso" ən yaxşı komediya, "The Queen’s Gambit" isə ilin ən yaxşı mini serialı kateqoriyasında mükafat qazanıb. Piter Marqon "Müharibə" və "Tac" adlı ekran işləri ilə ən yaxşı ssenari mükafatına, Cessika Hobbs isə ən yaxşı rejissor adına layiq görülüb.  
 
Qeyd edək ki, gecədə Sarah Paulson, Taraji P. Henson, Emi Poehler, Maykl Duqlas,  Keri Vaşinqton kimi ulduzlar mükafatları sahiblərinə təqdim ediblər.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR