Emin onun haqqında film çəkdi - fotolar+video

Emin onun haqqında film çəkdi -  fotolar+video
  
Rusiya Azərbaycanın dünya şöhrətli musiqiçisi, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb. Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, dünya şöhrətli müğənninin vəfatının ildönümü günüonun yaxınları heykəli qarşısında toplaşıb. Tədbirdə musiqiçinin həyat yoldaşı Tamara Sinyavskaya, Rusiyanın xalq artisti Lev Leşenko, Müslüm Maqomayevin Mədəni-Musiqi Fondunun təsisçiləri Araz və Emin Ağalarovlar, mərhum sənətkarın pərəstişkarları iştirak ediblər. Onlar Müslüm Maqomayevin yaşadığı evin yanında ucaldılmış heykəlinin önünə gül dəstələri düzüblər. Daha sonra E.Ağalarovun sahibi olduğu "Zafferano" restoranında musiqiçiyə həsr olunmuş “Müslüm Maqomayev. Birinci şəxsdən” sənədli filminin premyerası keçirilib. Filmin prodüsseri Emin Ağalarov, quruluşçu-rejissoru və ssenari müəllifi Mehdi Məmmədovdur."Müslüm Maqomayevlə bağlı çoxlu filmlər çəkilib. Onun memuarlarını oxuduqdan sonra bunlar əsasında bir ekran işi hazırlamaq qərarına gəldim. Rejissor dostum Mehdi Məmmədovla birlikdə bu çətin işi öhdəmizə götürdük. Filmin əsas ssenarisi onun əlyazmalarından ibarətdir" deyə, E.Ağalarov bildirib.
Sfera.az