Emin Millinin növbəti rəzilliyi: O indi də iş adamlarına yalvarır
14:41 / 22.01.2019
5026
Avropada məskunlaşan, konkret antiazərbaycançı şəbəkədən qrant alaraq "Meydan” sulayan Emin Milli bu dəfə də eyni ampulada görünüb. Buna ölünün xortlaması kimi də qələmə vermək olar. Əgər belə olmasaydı marionetliyini dəfələrlə sübuta yetirmiş bu siyasi aləti ölkədə vətəndaş itaətsizliyinə çağırış etməzdi. Emin Milli - milli heysiyyat hissini itirmiş, kosmopolit düşüncə tərzinin daşıyıcısı oldugunu dəfələlə sübuta yetirib. Bu dəfəki çağırışı isə daha ikrahdoğucudur.
Emin Milli iş adamlarına 26 yanvarda keçirilməsi nəzərdə tutulan mitinqlə bağlı sponsor dəstəkli video mürciət ünvanlayıb. Bu adam açıq-aşkar iş adamlarına deyir ki, növbəti mitinqin keçirilməsi üçün pul buraxın. Mübariz Məsimov və digər iş adamlarına çağırışlar edərək "tapşırıqlar” verir ki,mərkəzdən və bölgələrdən mitinqə gəlmək üçün pul göndərilsin və özü də bir gün qabaqcadan. Ən maraqlısı da odur ki, ötən mitinqdə təşkilatçılıq məsələsi üstündə Əli Kərimli ilə Arif Hacılı qarşıdurmasından sonra bu dəfə təşkilatı rolda iş adamlarını görüb. Emin Milli iş adamlarına akkaunt açmağı və videoları yaymaq üçüm 100-1000 avro məbləğində reklama pul yatırmağı məsləhət görüb. "Əgər bunu etmirsinizsə bu işlə məşğul olan adamlara 1000 və 10 min avro pul göndərin ki, bizim çıxışları paylasınlar”- deyə yalvarıb.
Emin Milli vaxtilə Əli Kərimliyə qarşı düşmənə çevriləndə bildirmişdi: "İcazəsiz aksiyalara Əli Kərimli çağırış edir, amma özü gəlmir. Çünki orada insanlar həbs oluna bilər. Necə ola bilər ki, partiyanın lideri olasan, insanlara çağırış edəsən, amma özün meydanlara gəlməyəsən? Bu necə ola bilər axı? Özü gəlməlidir.Əli Kərimli icazəsiz aksiya keçirməyə qorxur ki, birdən şalvarını əynindən çıxararlar, şapalaq vurarlar, başına iş gətirə bilərlər. Qorxmaq lazım deyil. Lazım olanda Əli Kərimli döyülməlidir də, ölməlidir də...”. İndi isə pullu videomüraciətlərin yayılmasında Əlinin də nəzərə alınmasını vacib sayıb.
Fikir verin, Mehman Hüseynovun məsələsi artıq bu adamlar üçün gündəmdən çıxıb. Məlum olduğu kimi, cənab Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Belə olan halda, Mehman Hüseynov adından spekulyasiyanın qrant almağa yetərli olmadığını görən bu anti-milli Eminlər dərhal başqa variant üzərində manipulyasiya edirlər. Bu dəfə isə sadəcə yalvarırlar.
İş adamlarını mitinqlərə alət etmək, vətəndaş itaətsizliyinə çağırışlar bu adamların təfəkkür sarıdan problemlərinin olduğunu göstərir. Emin Milli video müraciətində ağıldankəm Orduxan Teymurxan, Tural Sadıqlı kimlərinin də onun mövqeyini dəstəklədiyini və dolayısı ilə iş adamlarının onlara maliyyə yardımı ayırmasını xahiş edir və sonrada deyir ki yalvarıram. Bəs antimilli şəbəkə hara yoxa çıxdı? Görünür onların antimilli fəaliyyətləri həmin ermənipərəst dairələrdə qəbul olunmayıb və tula payını kəsiblər. Belə olmasaydı Emin "bütün ölkələrin iş adamları bizə dəstək” kampaniyasına başlamazdı. Bəli, quyruqları yenə də qapı arasında qalıb. Başlarının isə harada olması yaxın vaxtlarda bəlli olcaq.
O ki qaldı iş adamlarına bu videomüraciətə hansısa reaksiya göstərəcəkləri ağlabatan deyil. Prezident İlham Əliyev ötən illərdə ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesininardıcıllığını, vətəndaşhüquqvə azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdənbirikimiyanaşmışdır.Çünkiözəlsektoruninkişafı,halal yolla maddi imkanlarını artıran vətəndaşların sayının artması dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə hissəsi olan milli burjaziyanın,orta təbəqənin əhatəsini genişləndirir.
Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə daha böyük rəqəmlərlə ifadə olunması sahibkarlara münasibətin əsas göstəricilərindən sayıla bilər. Antimilli qüvvələrin iş adamlarına yalvarışları onların düşdükləri rəzilliyi bir daha göstərir.