Emin Leyla ilə boşanmasından danışdı: "Bizdə ailə alınmadı"

Emin Leyla ilə boşanmasından danışdı:  "Bizdə ailə alınmadı"

Müğənni-bəstəkar Emin Ağalarov 9 illik həyat yoldaşı, “Baku” jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadan ayrılması ilə əlaqədar ilk dəfə danışıb. 

Sfera.az woman.ru saytına istinadən xəbər verir ki, Emin bu barədə “Hello” jurnalına müsahibəsində bəhs edib. O, Leyla ilə ayrılmasının aralarındakı dostluq münasibətinə təsir etmədiyini deyib: “Bir-birimizə şəxsi həyatımızda xoşbəxt olmağa şans verməli idik. Bu isə hər ikimiz üçün lazımi azadlıq şəraitində ola bilərdi. İnsanlar arasında şəxsi münasibətlər qurulmayıbsa, ailə həyatını təqlid etmək axmaqlıqdır. Ən yaxşısı boşanmaq, dostluğu qoruyub-saxlamaq və uşaqları tərbiyə etməkdir. Biz Leyla ilə hər ikimizin istəyi ilə boşandıq. Bizdə sözün əsl mənasında ailə alınmadı”. 

Emin qeyd edib ki, onun Leyla ilə hazırkı münasibəti boşanana qədər olandan daha yaxşıdır: 

“Heç birimiz bir-birimizə xəyanət etmədik, incitmədik, pis olan heç bir iş görmədik”. 

Qeyd edək ki, Eminlə Leyla 2006-cı ildə ailə qurublar. Cütlük ayrıldığını mayın 30-da sosial şəbəkədə elan edib. Onların Əli və Mikayıl adlı əkizləri var.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...