Emin Ağalarovun adından istifadə edən kiberdələduzlarla bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Emin Ağalarovun adından istifadə edən kiberdələduzlarla bağlı NAZİRLİKDƏN AÇIQLAMA
"Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir".
 
Sfera.az-ın xəbərinə görə bu barədə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinin yaydığı məlumatda bildirilir.
 
Məlumata görə, kiberdələduzlar tərəfindən koronavirusla bağlı həyata keçirilən "fişinq” hücumları artmaqdadır:

"Növbəti "fişinq” kampaniyasında məşhur şəxslərin real videolarından istifadə olunaraq onların adından saxta canlı yayımlar edilir. 10 min avrodan çox ianə təklifi ilə istifadəçilər həmin yayımları izləməyə sövq olunur. Yayıma daxil olub sadə sualı cavablandıran istifadəçidən növbəti mərhələlərdə fərdi məlumatlarını təqdim edərək qeydiyyatdan keçməsi və kart hesabının məlumatları istənilir. Bu cür məlumatları təqdim edən istifadəçinin hesabından vəsaitlər silinir və fərdi məlumatları digər kiberdələduzluq əməllərinin həyata keçirilməsində istifadə olunur".
 
"Kiberdələduzların gələcəkdə insanların koronavirusla bağlı qorxu, təşviş və marağından sui-istifadə edərək onları "tələ”yə salmaq cəhdlərini davam etdirməsi istisna olunmur.

Məhz bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları kibermühitdə maksimum diqqətli olmağa, hər hansı hədiyyə, ianə və ya pulsuz məhsul vəd edən bildirişlərə aldanıb fərdi, xüsusilə bank məlumatlarını təqdim etməməyə və bu kimi bildirişləri "spam” mesaj olaraq şikayət etməyə çağırır.

Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdırlar.

Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər", - deyə nazirliyin məlumatında qeyd edilib. 
 



OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...